IKT

11 Avqust

Tərtərdə məhsul istehsalı və xidmətlərin həcmi 150 milyona yaxın olub

Cari ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 149 milyon 971,5 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çoxdur. Məhsul və xidmətlərin 75,6 faizi istehsal sahələrinin, 24,2 faizi xidmət sahələrinin payına düşüb.

Bu barədə Fins.az-a Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2023-ci ilin yanvar-iyun aylarında 13072 min manatlıq sənaye, 68130,3 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 32110,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. 35023.8 min manatlıq ticarət və xidmət sahəsində, 1159,6 min manatlıq nəqliyyat və anbar təsərrüfatı sahəsində, 475,7 min manatlıq informasıya və rabitə sahələrində məhsul və xidmətlər göstərilib. Kənd təsərrüfatı istehsalı 9,6 faiz, tikinti-quraşdırma işləri 1,9 faiz artıb.

Leyla Fikrətqızı
Fins.az