IKT

10 Avqust

Göygöl rayonunda taxıl biçini uğurla başa çatıb

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov və Mərkəzin mütəxəssisləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən müxtəlif əkinçilik təsərrüfatlarına baxış keçirilib. Fermerlərlə görüş zamanı onların problemləri ilə maraqlanılıb, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.

Fins.az xəbər verir ki, Göygöl rayonunda 2023-cü ilin məhsulu üçün 5044,0 hektar sahədən 8252 ton məhsul yığılıb. Yığılan məhsulun 5005 tonu buğda, 3247 tonu isə arpa olub. Biçilmiş taxıl sahələrinin 150,8 hektar ərazisində təkrar əkin aparılıb, qarğıdalı, günəbaxan və darı səpilib.

Eyni zamanda, Göygöl rayonunun qədim ənənələrinə malik olan moruqçuluq təsərrüfatlarında 138,0 hektar sahədə əkin aparılır. Cari ildə sahələrdən 35 tondan artıq məhsul toplanıb və işlər davam etdirilir.