IKT

10 Avqust

Bu il Ağdam rayonunda 42 min 775 ton taxıl istehsal olunub

Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, 10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib. Məhsulun 34 min 695 tonu buğda, 8 min 80 tonu arpadır. Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sentner, o cümlədən buğda sahələrində 41,9 sentner, arpa sahələrində isə 39 sentnerdir.

Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.