IKT

10 Avqust

Ağdamda bostan və tərəvəz bitkilərinin yığımı davam edir

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.

Rayon Statistika Idarəsindən Fins.az-a ki, 3545 hektarda becərilmiş tərəvəz, bostan, kökümeyvəlilər və köküyumruların 2520 hektarında məhsul yığımı aparılıb. Sahələrdən ümumilikdə 54 min 366,8 ton məhsul toplanıb. Hər hektara məhsuldarlıq orta hesabla 215,7 sentnerdir.

Torpaq mülkiyyətçiləri yüksək məhsuldarlıq əldə etmək üçün torpağa aqrotexnik qulluq edirlər. Rayonda təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.