IKT

10 Avqust

Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq

Azərbaycan İnvestisiya Şirkəti ASC və “Azərşəkər” MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, layihə yerli istehsalın inkişafına və idxaldan asılılığın azalmasına mühüm təkan verəcək.