IKT

04 Avqust

Altı ayda Şəkidə ümumi məhsul istehsalı 3,4 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Şəki rayonunda iqtisadiyyatın əsas sahələrində faktiki qiymətlərlə 256 milyon 416,8 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.

Fins.az xəbər verir ki, adambaşına faktiki qiymətlərlə 1396,6 manatlıq məhsul buraxılıb.

Bildirilib ki, cari ilin birinci yarısında rayonda 37 milyon 519,3 min manatlıq sənaye, 98 milyon 822,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 49 faiz artaraq 2 milyon 344,3 min manat olub. Altı ayda nəqliyyat sektorunda yük daşımaların həcmi 9,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 14,9 faiz artıb. Pərakəndə əmtəə dövriyyəsi artaraq 310 milyon 250,6 min manat olub.