IKT

31 İyul

Samuxda kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 67,9 % təşkil edib

Bu ilin yanvar-iyun aylarında Samux rayonu üzrə məhsul buraxılışının həcmi 109622,1 min manat olub.

Fins.az Samux Rayon Statistika İdarəsindən bildirilib ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 11864,1 min manat və ya 1,4 faiz çoxdur. Məhsul buraxılışının 74474,9 min manatı və ya 67,9 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.

Bitkiçilik məhsullarının istehsal həcmi 43825,5 min manat, heyvandarlıq məhsullarının istehsal həcmi isə 30649,4 min manat olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsal həcmi 9069,8 min manat və ya 14,1 faiz, heyvandarlıq məhsullarının istehsal həcmi isə 3872,5 min manat və ya 3,6 faiz artıb.

Məhsul buraxılışının həcmi sənaye üzrə 8,9 faiz, tikinti üzrə 1,4 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,5 faiz, informasiya və rabitə üzrə 0,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 19,8 faiz təşkil edib.