IKT

21 İyul

Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib

Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər.

Fins.az xəbər verir ki, Salyan rayon Statistika İdarəsindən verilən məlumata görə, Salyan rayonunda bu günədək 855,6 hektar meyvə və giləmeyvə bağlarından 318,8 ton məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 ton çoxdur. Yığılan məhsulun 39,2 tonunu alma, 24,6 tonunu armud, 20,8 tonunu ərik, 42,7 tonunu albalı, 21,6 tonunu şaftalı, 9,2 tonunu gavalı, 53,4 tonunu alça, 9,9 tonunu gilas təşkil edib. Həmçinin məhsul istehsalçıları 97,4 ton giləmeyvə toplayıblar.