IKT

20 İyul

Salyanda taxıl biçini başa çatıb

Salyanda taxıl biçini başa çatıb.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, 2023-cü ilin məhsulu üçün 16879 hektar sahədə taxıl becərilib. Bunun da 8223,0 hektarını buğda, 8656,0 hektarını arpa təşkil edib. Sahələrdən hektara 41,9 sentner olmaqla 70731,0 ton məhsul toplanılıb. Belə ki, arpa sahələrindən 37,0 sentner olmaqla 32000,0 ton, buğda sahələrindən 47,1 sentner olmaqla 38731,0 ton məhsul əldə edilib.