IKT

19 İyul

Yardımlıda taxıl sahələrinin 82 faizində biçin başa çatıb

Yardımlıda taxıl sahələrinin 82 faizində biçin başa çatıb.

Fins.az xəbər verir ki, bu barədə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, zəmilərdən 8 min tona yaxın taxıl toplanıb. Əldə olunan məhsulun 7,6 min tonu buğda, 0,4 min tonu arpadır. Son məlumatlara görə, ümumilikdə, 3507 hektar taxıl sahəsi biçilib və hər hektardan 22,8 sentner məhsul yığılıb. Buğda sahəsində məhsuldarlıq hər hektara görə 23,0 sentner, arpa sahəsində isə 19,9 sentnerdir. Arpa sahələrinin 81,8 faizində biçin başa çatıb.

Hazırda rayonun nisbətən dağlıq ərazilərində biçin işləri davam etdirilir.