IKT

19 İyul

Salyanda sahələrdən 1900 tondan çox qarpız-yemiş yığılıb

Salyanda bostan məhsullarının yığımı davam edir. Bu günədək 954 hektar sahədən 1932,3 ton məhsul toplanılıb. Ümumiyyətlə, rayonda 2023-cü ilin məhsulu üçün 967 hektar sahədə bostan bitkiləri becərilib.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən verilən məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə sahələrdən yığılan məhsul 34,1 ton və ya 1,8 faiz çox olub. Belə ki, 621,0 hektar sahədən 1366,2 ton qarpız, 333,0 hektar sahədən 566,1 ton yemiş tədarük olunub.