IKT

14 İyul

Taxıl dəhlizi danışıqlarında kritik dövr

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qara dəniz taxıl dəhlizi razılaşmasının uzadılması üçün təmasların davam etdiyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, BMT iyulun 17-də başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadılması ilə bağlı danışıqların davam etdiyini bildirib.

“Biz sazişin tam yerinə yetirilməsi və uzadılması üçün əlimizdən gələni edirik”- deyə BMT-nin sözçüsü Stefan Dujarrik razılaşmanın qlobal aclıqla mübarizə üçün vacib olduğunu vurğulayıb.

Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq. Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.

Zəminə Hüseyn
Fins.az