IKT

15 İyul

Balakənin meyvə bağlarından indiyədək 2698 ton məhsul tədarük olunub

Balakən rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 2698 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 ton çoxdur. Yığılan meyvələr arasında alma, armud, ərik, albalı, şaftalı, gavalı, alça, gilas və giləmeyvələr üstünlük təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 219 hektardır. Bu bağların 10 min 526,1 hektarını fındıq bağları təşkil edir. Fındıq yığımına avqustda başlanacaq.