IKT

11 İyul

Samux rayonunda taxıl biçini başa çatmaq üzrədir

Samux rayonunda biçiləcək 13447,9 hektar taxıl sahəsinin 7438,4 hektarı buğda, 6009,5 hektarı isə arpadır. Taxıl sahələrinin 7801,5 hektarı əhali təsərrüfatlarının, 611,7 hektarı dövlət müəssisələrinin, 5034,7 hektarı isə qeyri-dövlət müəssisələrinin payına düşür.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, iyul ayının 7-dək 11576,8 hektar sahədə taxıl biçilib və bunun da 6133,5 hektarı buğda, 5443,4 hektarı arpa sahələri olub. Həmin sahələrdən 27281 ton buğda və 20721 ton arpa əldə edilib. Taxılın məhsuldarlığı hər hektardan 41,5 sentner, o cümlədən buğdanın məhsuldarlığı 44,5 sentner, arpanın məhsuldarlığı isə 38,1 sentner olub.

Taxıl biçini başa çatmaq üzrədir.