IKT

07 İyul

Bu rayonda taxıl sahələrindən 102 min tona yaxın məhsul yığılıb

Sabirabad rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 26075 hektar sahədə taxıl əkilib. Sahələrin 13403 hektarını buğda, 12672 hektarını arpa təşkil edib.

Fins.az xəbər verir ki, Sabirabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, arpa sahələrində biçin başa çatıb. Hər hektara 38,84 sentner məhsuldarlıq olmaqla, 41097 ton məhsul yığılıb. Buğda sahələrində də biçin başa çatmaq üzrədir. Bu günə qədər biçilən 13240 hektar buğda sahəsindən 60828.7 ton məhsulu yığılıb və hektara 45,94 sentner məhsuldarlıq əldə edilib.

Qeyd edək ki, Sabirabad rayonunda taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 70-dən çox kombayn zəmilərə cəlb edilib.