IKT

07 İyul

Türkiyədən ilin ilk yarısında 326 milyon 99 min dollar pomidor ixracı edilib

Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatlarına görə, keçən il Türkiyədən 54 ölkəyə pomidor ixracından 377 milyon 418 min dollar gəlir əldə edilib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyədən bu ilin yanvar-iyun dövründə pomidor ixracı 326 milyon 99 min dollar oldu.

Ötən ilin yanvar-iyun dövründə 287 min 112 ton pomidor ixracı müqabilində 247 milyon 577 min dollar əldə edilib, bu ilin eyni dövründə isə 48 ölkəyə 325 min 241 ton məhsul satılıb və 326 milyon 99 min dollar gəlir əldə edib.

Türkiyə bu ilin ilk yarısında Rumıniyaya 60 milyon 783 min dollarlıq pomidor ixrac edib. Rumıniyanı 51 milyon 315 min dollarla Ukrayna, 38 milyon 626 min dollarla Polşa və 35 milyon 314 min dollarla Almaniya izlədi.

Rusiya isə ilin ilk yarısında 29 milyon 563 min dollarla ixrac siyahısında 5-ci yerdə qərarlaşıb.

Zəminə Hüseyn
Fins.az