IKT

07 İyul

İmişli rayonunda cari ildə 17913,3 hektar sahədə taxıl becərilib

İmişli rayonunda cari ildə 17913,3 hektar sahədə taxıl becərilib. Onun 10919,6 hektarını buğda, 6993,7 hektarını dən üçün arpa təşkil edib. Arpa sahələrində biçin başa çatıb.

Fins.az xəbər verir ki, İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 6993,7 hektar arpa sahəsindən 38,8 sentner məhsuldarlıq olmaqla, ümumilikdə 27169,1 ton arpa biçilib.

Bu günə kimi 10426,6 hektar buğda sahəsində biçin aparılıb, 41652 ton məhsul yığılıb və hər hektara 39,9 sentner məhsuldarlıq əldə edilib. Hazırda buğda sahələrində biçin davam etdirilir.

İmişli rayonunda buğda sahələri üzrə ən yüksək məhsuldarlıq isə 60,2 sentnerə bərabər olub. Qeyd edək ki, taxıl sahələrində biçin işlərinə 33 ədəd kombayn cəlb edilib.