IKT

05 İyul

Türkiyədə iyun ayında 39 məhsuldan 23-də qiymət artımı müşahidə olunub

Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şemsi Bayraktar yazılı mətbuat şərhi ilə istehsalçı ilə bazar arasındakı qiymət fərqlərini və iyun ayında giriş qiymətlərindəki dəyişiklikləri qiymətləndirib. 39 məhsuldan 23-də qiymət artımı, 16-da isə ucuzlaşma müşahidə olunub.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə iyun ayında istehsalçı ilə bazar arasındakı qiymət fərqinin 338,4 % olduğunu bildirən Bayraktar izahatında almada qiymət artımını 257,8 %-lə kişmiş, 256,2 %-lə badımcan, 231,9 %-lə yerkökü, 222,3 % ilə əncir qurusu, 212,3 %-lə cəfəri izlədiyini qeyd edib.

Bazarda alma 4,4 dəfə, kişmiş və badımcan 3,6 dəfə, kök 3,3 dəfə, əncir qurusu 3,2 dəfə, cəfəri 3,1 dəfə çox satılıb.

Leyla Fikrətqızı 
Fins.az