IKT

04 İyul

İstanbulda çörək üçün qiymət artımı siqnalı

İstanbul Ticarət Palatasının (İTO) Çörək, Un və Çörək məmulatları komitəsinin keçmiş sədri Həsən Dəmir 240 qramlıq çörəyin qiymətinin 230 qrama, qiymətinin isə 8 lirəyə endirilməsini gözlədiklərini bildirib. Çörəyin 200 qramı 7 lirəyə qaldırılacaq.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə çörəyin qiyməti 2 lirə artaraq 200 qram çörəyin 7 lirə oldu. İstanbulda çörək artımı üçün bu gün toplanacaq İstanbul Ticarət Palatasının (İTO) Çörək, Un və Çörək Məhsulları Komitəsinin qərarı gözlənilir.

Onu da qeyd edək ki, komitənin keçmiş sədri Həsən Dəmir bugünkü iclasda 33 % artım tələbinin müzakirə ediləcəyini bildirib. Hazırda isə İstanbulda 240 qram çörək 6 lirəyə, 200 qram çörək 5 lirəyə satılır.

Leyla Fikrətqızı 
Fins.az