IKT

04 İyul

Qlobal istiləşmə Türkiyədə ərzaq inflyasiyasını hər il 3 % artıra bilər

ECB (Avropa Mərkəzi Bankı) və Potsdam İqlimə Təsir Araşdırmaları İnstitutu Türkiyədə qlobal istiləşmənin 2035-ci ilə qədər ərzaq inflyasiyasının 0,92-3,23 %, əsas inflyasiyanın isə 0,32-1,18 % artmasına səbəb olacağını müəyyən edib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, iqtisadiyyatlara artan təsiri ilə yanaşı, insan həyatı və ətraf mühitə də təsir edən qlobal istiləşmənin Türkiyədə 2035-ci ilə qədər hər il ərzaq inflyasiyasını 3 %, əsas inflyasiyanı isə 1%-dən çox artıra biləcəyi hesablanır.

Potsdam İqlim Təsiri Araşdırma İnstitutunun tədqiqatçısı Maksimilian Kotz bildirib ki, qlobal istiləşmənin inflyasiyaya təsirləri keçən il Avropada baş verən isti dalğalardan sonra iqtisadçıların diqqətini daha çox çəkməyə başlayıb.

Onu da qeyd edək ki, Növbəti 5 ildən birinin dünyanın ən isti ili, bütövlükdə isə 2023-2027-ci illərin ən isti il ​​olma ehtimalı 98 % olduğu halda, bu illər arasında 1,5 dərəcə limitini keçmə ehtimalı   66% hesablanır.

Leyla Fikrətqızı 
Fins.az