IKT

03 İyul

Türkiyənin fındıq ixracının 39 %-i Trabzondan edilib

Türkiyənin 10 aylıq 262 min 710 ton fındıq ixracının 39 %-i Trabzondan reallaşdırılıb. 

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şərqi Qara Dəniz İxracatçılar Birliyindən (DKİB) verilən yazılı açıqlamada, 1 sentyabr 2022-ci il tarixində başlayan 2022-2023-cü il mövsümünün 10 aylıq dövründə fındıq ixracının 262 min 710 tona çatdığı bildirilib. Bunun müqabilində 1 milyard 581 milyon 247 min dollar gəlir təmin edilib.

Açıqlamada qiymətləndirmələri yer alan DKİB Fındıq və Fındıq Məhsulları Sektor Komitəsinin sədr müavini Sebahattin Arslantürk 10 ayda 119 ölkəyə ixrac edildiyini bildirib.

Onu da qeyd edək ki, ən çox ixrac edən 3 ölkənin Almaniya, İtaliya və Fransa olduğuna diqqət çəkən Arslantürk, 2023-cü ilin 6 ayında fındıq ixracatı haqqında da məlumat verib.

Leyla Fikrətqızı 
Fins.az