Türkiyə Çörəkçilər Federasiyasının prezidenti Halil İbrahim Balcının çörəyin qiymətini artırdığını açıqlamasından sonra bəzi vilayətlərdə çörəyin qiymətləri yenilənib.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə; Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyası və İzmir Çörəkçilər Palatasının imzası ilə dərc olunan sənəddəki qiymət tarifinə görə, çörəyin 200 qramı 7 lirədən satılacağı bildirilib.
Onu da qeyd edək ki, Sakaryada 250 qram çörəyin qiyməti 5 lirədən 7,5 lirəyə qalxıb. 6 lirə olan simit 7,5 lirəyə yüksəlib.
Leyla Fikrətqızı
Fins.az