IKT

28 İyun

Bu rayonda taxıl biçininə başlanılıb

Artıq bir neçə gündür ki, Yardımlıda taxıl biçini kampaniyasına start verilib.

Fins.az xəbər verir ki, bu barədə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.

İlkin mərhələdə biçinin nisbətən dağətəyi ərazilərdə arpa sahələrində aparılacağı nəzərdə tutulur. 2023-cü ilin məhsulu üçün rayonda ümumilikdə 4284 hektar sahədə taxıl əkini aparılıb. Bunun 4016 hektarı buğda, 258 hektarı arpa, 10 hektarı isə vələmir sahəsidir.

Bu günə kimi rayonda 120 hektar buğda, 40 hektar arpa sahəsi daxil olmaqla cəmi 160 hektar ərazidə biçin işləri aparılıb.

Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.