IKT

24 İyun

Taxılın alınması lisenziyalı anbarlarda təyin olunmaqla başlayır

Türkiyə Taxıl İdarəsi (TMO) lisenziyalı anbarların institusional sistemə inteqrasiya ediləcəyini və taxıl alışının təyinatla həyata keçiriləcəyini bildirib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Ticarət nazirliyi təyinatla bağlı müraciətlər əsasında tədbir görüb və fəaliyyət icazəsi olan bütün lisenziyalı anbar müəssisələrinə bu sistemə “dərhal” keçmək üçün yazılı göstəriş verib və bununla bağlı TMO-dan sorğu məktubu göndərilib. 

Onu da qeyd edək ki, tələb məktubunda TMO-nun məhsul alışlarında istehsalçıların zərər çəkməsinin qarşısını almaq, alışları planlı şəkildə həyata keçirmək və bütün istehsalçılara bərabər xidmət göstərmək məqsədilə təyinat sistemindən istifadə etdiyi bildirilib.

Leyla Fikrətqızı
Fins.az