IKT

30 May

Kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 20 min ton dizel yanacağından istifadə edilib

Azərbaycanın su ehtiyatları ölkə ərazisində qeyri-bərabər paylanılıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Z.Mikayılovun sözlərinə görə, Azərbaycanda əhalinin, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının suya olan tələbatını təmin etmək üçün su ehtiyatlarının təqribən 64 %-i mexaniki üsullarla nizamlanır:

"Ötən il kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 1,6 geqavat elektrik enerjisi və 20 min ton dizel yanacağından istifadə edilib. Suyun idarə edilməsində "yaşıl enerji"dən istifadə ənənəvi enerji şəbəkələrinin yükünün yüngülləşdirilməsinə, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi arasında tarazlığın yaradılmasına töhfə verəcək".

Fuad Mədətov
Fins.az