IKT

23 May

Türkiyənin çay ixracı 4 ayda 11,3 milyon dolları keçib

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ki, 2023-cü ilin yanvar-aprel aylarında 2 min 323 ton çay ixracından 11 milyon 365 min 591 dollar gəlir əldə edilib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyədən çay ixracatı ilin yanvar-aprel dövründə 39 % artıb.

Gürdoğan onu da əlavə edib ki, çay ixracatımız əvvəlki ilin eyni dövrünə görə dəyər baxımından 39 % artdı. Belçika, ABŞ və İngiltərə ən çox ixracat edən 3 ölkə oldu. Bu dövr Belçikaya 4 milyon 765 min 324, 1. ABŞ və Böyük Britaniyaya milyon 934 min 866, Türkiyəyə isə 953 min 309 dollarlıq çay ixrac edilib.

Zəminə Hüseyn
Fins.az