IKT

18 May

Putin: Bu il 55-60 milyon ton taxıl ixrac edəcəyik

"Bu il taxıl ixracımızın 55-60 milyon ton olmasını gözləyirik".

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiyanın kənd təsərrüfatı sektorunun rəsmiləri ilə görüşündə deyib.

Ötən il cəmi 158 milyon ton taxıl yığıldığı qeyd edilib.

Putin onu da əlavə edib ki, xarici ticarətdəki maneələrə baxmayaraq, Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdıra bilib.

Qeyd edək ki, qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.