IKT

27 Aprel

Yevlaxda bu günədək 1441 hektar sahəyə çiyid səpilib

Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər.

Fins.az xəbər verir ki, cari mövsümdə rayonda 1930 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Bunun üçün 139 fermerlə 1631,40 hektar sahədə “MKT” İstehsal Kommersiya MMC ilə, 48 fermerlə 294,5 hektar sahədə “Goran Cotton” MMC ilə müqavilə bağlanıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr veriblər.

Səpin kampaniyasına mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə 1440,9 hektar sahəyə çiyid səpiblər. Səpinə kifayət qədər aqreqat cəlb olunub və qısa müddətdə səpin işlərinin tam başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Yevlax rayonunda 2 min 702 hektar sahədə pambıq becərilib, hər hektardan 31,72 sentner olmaqla, 8 min 572 ton məhsul tədarük olunub.