IKT

13 Aprel

Samuxda 427 baş heyvan süni yolla mayalandırılıb

Samux rayonunda cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iribuynuzlu mal-qaranın süni yolla mayalandırılması uğurla həyata keçirilir.

Fins.az xəbər verir ki, bu barədə Rayonun Statistika İdarəsindən bildirilib, 2023-cü ilin yanvar-mart aylarında 427 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumlatı ilə süni yolla mayalandırılıb.

Bu rübdə heyvanların süni mayalandırılmasından 189 baş cins buzov doğulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 baş və ya 10,5 faiz çoxdur.

Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının istehsalının artmasına müsbət təsir göstərir.