IKT

10 Mart

Tərtərdə bugünədək pambıq əkinləri üçün 2242,15 hektar sahədə qış şumu aparılıb

Tərtər rayonunun pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, indiyədək 2242,15 hektar sahədə qış şumu aparılıb. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə 2346,72 hektar sahədə pambıq əkilməsi üçün 705 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.

Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.