IKT

07 Mart

Bu rayonda qısa müddətdə 594 hektar sahədə yazlıq əkin aparılıb

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 594 hektar sahədə yazlıq əkin aparılıb.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 234 hektar sahədə kartof və 212 hektarda tərəvəz bitkiləri əkib, 148 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 11 min 816 hektar sahədə yazlıq bitkilər əkiblər. Yazlıq əkinlərin 7 min 667 hektarını dən üçün qarğıdalı sahələri təşkil edib.