IKT

02 Mart

Bakıda “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisinin rəsmi  açılış mərasimi keçirilib - FOTO

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA)  təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisinin rəsmi  açılış mərasimi baş tutub.

Təşkilat Komitəsinin Fins.Az-a verdiyi məlumata görə, forum 2 gün – 28 fevral və 1 mart tarixlərində keçirilib.

Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.

Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyev , FAO Azərbaycan Nümayəndəsinin köməkçisi  Bariz Mehdiyev, KOB Subyekləri və Klubların Assosiasiyasının sədri  Nigar Ələsgərova və “Agro Tv Turkiyə Azerbaijan” rəhbəri  Doğan Başaran  çıxış edərək ölkəmizdə aqrar sahənin geniş inkişaf imkanlarından, gələcək perspektivlərindən və iqtisadi gücün artırılmasındakı mühüm rolundan bəhs ediblər.

Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan 5 müxtəlif paneldə sektorun gündəmi müzakirə edilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Qeyd edək ki, Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz  məhsullarını nümayiş etdiriblər. Tədbir zamanı intensiv B2B və B2C görüşlər də keçirilib.

Onu da vurğulayaq ki, Forum-sərgidə Azərbaycan,  Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, , Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.