IKT

22 Fevral

Azərbaycan gübrə idxalına 5 mln. dollar xərcləyib

Azərbaycana ötən ay ərzində 4,9 mln. dollar dəyərində 6,4 min ton gübrə idxal edilib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə və ya 2,5 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,24%-ni təşkil edib.