IKT

21 Fevral

Azərbaycanda aqrar məhsulların istehsalı 3%-dən çox artıb

Azərbaycanda ötən ay  456,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Bu ay istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 23,1 milyon manat olub, bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur. Heyvandarlıq məhsulların dəyəri isə 3,4% artaraq 433,1 milyon manat təşkil edib.

2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 161,3 min ton dənli və dənli paxlalı bitkilər götürülüb, bu, 2021-ci illə müqayisədə 6% azdır. Sahələrdən 1074,3 min ton (1,2% çox) kartof, 1 milyon 823,3 min ton (0,4% çox) tərəvəz, 469,3 min ton (2% çox) bostan məhsulları, 1 milyon 253,1 min ton (4% çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3% çox) üzüm, 1 min ton (15% az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3% çox) şəkər çuğunduru, 321,8 min ton (12,1% çox) pambıq, 29,4 min ton (13,8% çox) günəbaxan və 5,1 min ton (21% az) tütün yığılıb.