IKT

01 Fevral

Ötən il Azərbaycan azot gübrəsi ixracını 77% artırıb

2022-ci ildə Azərbaycan 209 mln. 762 min dollar dəyərində 360 mln. 760 min ton azot gübrəsi ixrac edib.

Fins.az xəbər verir ki, 2021-ci illə müqayisədə bu göstərici məbləğ baxımından 77% və ya 91 mln. 237 min dollar çoxdur. Həcm baxımından isə 11.7% və ya 37 mln. 607 min ton çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 118 mln. 525 min dollar dəyərində 322 mln. 567 min ton azot gübrəsi ixrac edib.

Qeyd edək ki, ötən il azot gübrəsinin ixracatı Azərbaycanın qeyri- neft sektoru üzrə ixracatının 6.88%-ni təşkil edib.

© APA