IKT

23 Yanvar

Azərbaycan Novosibirskin ən çox kənd təsərrüfatı məhsulları idxalçıları sırasındadır

Azərbaycan Rusiyanın Novosibirsk vilayətinin ən çox aqrar sənaye məhsulları ixrac etdiyi ölkələr sırasındadır.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə vilayətin kənd təsərrüfatı naziri Yevgeni Leşşenko məlumat verib. Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına əsasən, ötən il Novosibirsk kənd təsərrüfatı məhsullarının ixracını 28 faiz artırıb, 1,2 milyon ton məhsul ixrac edib.

Regiondan aqrar sənaye məhsulları alan ölkələr sırasında birinci yeri Çin tutur. Eyni zamanda, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyəyə də məhsul ixracının artırıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycan Novosibirskdən, ilk növbədə, buğda unu alır. Ötən il Rusiyanın bu vilayətindən ölkəmizə ümumilikdə 108 ton buğda unu ixrac edilib.