IKT

18 Yanvar

Gələn il Azərbaycanda pivə istehsalı üçün arpa emalı zavodu açılacaq

Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlayacaq və “Carlsberg Group” şirkəti ölkəmizdə yeni investisiyaların yatırılmasını planlaşdırır.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü zamanı bildirilib.

Görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olunub.

Şirkətin Azərbaycanda arpa emalını 100 % lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 %-ə çatdırılacağı bildirilib.

Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.