IKT

17 Yanvar

Azərbaycan meyvə ixracından gəlirini 9 % artırıb

2022-ci ildə Azərbaycandan 450 milyon ABŞ dolları dəyərində meyvə ixrac edib.

Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə 9,4 % çoxdur.

İl ərzində ölkədən ixrac olunmuş meyvənin həcmi isə 5,6 % artaraq 396 min ton olub.

Beləliklə, ötən il Azərbaycan xaricə meyvənin hər kiloqramını orta hesabla 1,14 ABŞ dollarına satıb. Bu isə əvvəlki ilə nisbətən 0,04 ABŞ dolları çoxdur.