IKT

05 Yanvar

İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər ki, İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.