IKT

05 Yanvar

Bakıda dana və quzu ətinin qiyməti bahalaşıb

Yeni il bayramı günlərində ətin qiymətlərinin artması müşahidə olunub.

Hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Satıcılar bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.

 

© Trend