IKT

29 Dekabr

Azərbaycanda son 50 ildə ilk dəfə çəltikçilik sahəsində sertifikatlı toxum əldə olunub

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilib.

"Fins.az" xəbər verir ki, “Avanqard” çəltik sortunun 500 kq Orijinal və 1200 kq Super elit toxumu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb.