IKT

28 Dekabr

Azərbaycan Rusiyaya sənaye istehsalı üçün 2 tondan çox beluqa tədarük edib

Azərbaycan Rostov vilayətinə sənaye istehsalı üçün 28 ədəd 2 tondan çox diri nərə balığı (beluga) tədarük edib.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) məlumat yayımlayıb. 

Məlumata görə, yükün sənəd və fiziki nəzarətinin nəticələrinə əsasən baytarlıq qanunvericiliyinin pozulması aşkar edilməyib.

Tədarükçü təşkilat öz məhsullarını Rusiya ərazisinə tədarük etmək hüququ olan müəssisələrin siyahısına daxil edilib. Qanunvericilikdə nəzərdə tutulmuş bütün nəzarət tədbirləri başa çatdıqdan sonra yük alıcının ünvanına göndərilib. Tədarük 23-26 dekabr tarixləri arasında həyata keçirilib.