IKT

26 Dekabr

Xocavənd qəsəbəsində 1000 ədəd tut tingi əkilib

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilmiş 1000 ədəd tut tingi əkilib.

İpəkqurdu üçün yem bazasının yaradılması məqsədilə əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Ümumilikdə isə son illərdə Xocavənd rayonu üzrə 43 min ədəd tut tinginin əkini həyata keçirilib.