IKT

23 Dekabr

Laçın rayonu üzrə heyvandarlıq məhsullarının istehsalı artıb

Laçın rayonu üzrə heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Laçın Rayon Statistika İdarəsindən  bildiriblər ki, cari ilin yanvar-noyabr aylarında rayon üzrə 2098 ton ət, 18 min 311,2 ton süd, 275 ton yun və 4295 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 33,6 faiz, yun istehsalı 20,1 faiz, yumurta istehsalı isə 16,3 faiz artıb.