IKT

19 Dekabr

Bu il Qaxın fındıq bağlarından 5,4 min tondan çox məhsul yığılıb

Builki mövsümdə Qax rayonunda fındıq bağlarından 5 min 442 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 148,2 ton artıb. Hər hektar fındıq bağından orta hesabla 5,3 sentner məhsul götürülüb.

Bu barədə  Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 186,9 hektardır. Bu bağların 6,2 min hektarı barverəndir.