IKT

15 Dekabr

Yararsız süd məhsulları məhv edildi

İstehlaka yararsız 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu məhv edilib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.