IKT

30 Noyabr

Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracı hər il artır - AZPROMO

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkənin qeyri-neft məhsulları ixracını xarici bazarlarda təqdim edir.

Bunu noyabrın 30-da AZPROMO rəhbərinin müavini Zöhrab Qədirov "Ticarət və ixracat" adlı forum zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.

"Hazırda ixrac olunan məhsulun 60 faizdən çoxu sənaye və kimya sektorlarının payına düşür. Həmçinin, kənd təsərrüfatı məhsulları ixracının hər il artımı müşahidə olunur", - deyə o bildirib.

Z.Qədirov vurğulayıb ki, Azərbaycanda o cümlədən azad edilmiş ərazilərdə xüsusi parklar yaradılıb və burada sahibkarlar dövlət dəstəyi ilə öz bizneslərini yarada bilərlər.