IKT

28 Noyabr

Laçın rayonu üzrə heyvandarlıq məhsullarının istehsalı ilə bağlı AÇIQLAMA

Laçın rayonu üzrə heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

"Fins.az" xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında rayon üzrə 1907,3 ton ət, 16 min 740,1 ton süd, 275 ton yun və 3904 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 33,8 faiz, yun istehsalı 20,1 faiz, yumurta istehsalı isə 14,4 faiz artıb.