IKT

11 Noyabr

Novosibirskdən Azərbaycana ixrac edilən 203 ton kartof geri qaytarılıb 

Rusiyanın Novosibirsk vilayətindən Azərbaycana göndərilən kartof bitkisində kök yumrularında bakteriya aşkar edildiyi üçün ölkəyə buraxılmayıb. 

"Fins.az" xəbər verir ki, laborator müayinələrin nəticələrinə görə, kartofun üç partiyasında Azərbaycanın ölkəyə girişinə qadağa tətbiq edilən bakterial halqa çürüməsi aşkar edilib. Rosselxoznadzordan qeyd edildilib ki, bu xəstəlik aşkarlanan kartofun ümumi çəkisi 201 ton təşkil edib.

Maraqlıdır ki, bakterial üzük çürüməsi Rusiya Federasiyasının ərazisində qadağan olunmuş xəstəlik deyil.

Qeyd edək ki, bakterial halqa çürüməsi lif halqasının zədələnməsi və çuxur çürüməsi şəklində kartofun kök yumrularında özünü göstərir. Bu xəstəliyə görə kartof yumşalır, sıxıldıqda, təsirlənmiş damarlardan açıq sarı rəngli çürük kütlə ayrılır. Bakteriyalar yığım dövründə kök yumrularına daxil olur və zədələnmiş qabıq vasitəsi ilə çuxur çürüməsinə səbəb olur ki, bu da kök yumrularında saxlandıqdan cəmi 3-5 ay sonra aşkar edilir.

Müəllif:Aynur Qəniyeva