IKT

03 Noyabr

Qarabağda payızlıq əkin sahəsinin artırılması nəzərdə tutulub

Gələcək perspektivdə azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə xüsusilə taxıl və yem bitkiləri və heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək.

Fins.az xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, 2021-2022-ci təsərrüfat ilində 50 min ha-dan çox sahədə payızlıq və yazlıq əkinlər həyata keçirilib. Əkinlərin 95 faizindən çoxunu arpa və buğda əkinləri təşkil edib və becərmə işləri dəmyə şəraitində aparılıb. 2022-2023-cü il üçün intensiv şum və səpin işləri aparılır, payızlıq əkin sahəsinin əvvəlki ilə nisbətən artırılması nəzərdə tutulur.